Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan döyülüb.
KONKRET.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, etirazçı kütlə spikerin maşının da yararsız hala salıblar.
Bundan başqa, baş nazir Nikol Paşinyanın iqamətgahına irəliləyən kütlə onun axtarışına başlayıb.
İnsanlar “Nikol, Qarabağı satdın” şüarları səsləndiriblər.

