Ermənistan İstintaq Komitəsi 2020-ci ildə baş vermiş 44 günlük müharibə nəticəsində həlak olanların yekun statistikasını yayıb.
KONKRET.az xəbər verir ki, Komitənin məlumatına görө, müharibə nəticəsində ümumilikdə 3833 nəfər həlak olub. Onlardan 3755-i hərbçi, 78-i isə mülki şəxsdir.
Həmçinin 191 nəfərin (172 hərbçi, 19 mülki şəxs) taleyi hələ də naməlum olaraq qalır.
Qeyd edək ki, bundan bir neçə gün əvvəl Praqada çıxış edən prezident Vaaqn Xaçaturyan müharibədə həlak olanların sayının 4800 nəfər olduğunu bəyan etmişdi.
Rəsmiyyə Şərifova,
KONKRET.az
