backend

Ermənistan prezidenti Brüsselə getdi – Türkiyənin üzv olduğu NATO-dan imdad diləyəcək

Ermənistan prezidenti Armen Sarkisyan Brüsselə işgüzar səfərə yola düşüb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı prezidentin mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, o, öz təşəbbüsü ilə NATO-nun baş katibi Jens Stoltenberg, AB Diplomatiyasının rəhbəri Josep Borrel, Avropa Şurasının prezidenti Şarl Mişel ilə görüşlər keçiriləcək.

Sarkisyan onlarla işğal edilən Dağlıq Qarabağda gedən müharibəni müzakirə etmək niyyətindədir.

Erməni rəsmiləri ümid edir ki, NATO və Avropa strukturları əldə edilən atəşkəs razılaşmalarının həyata keçirilməsinə imkan yaradacaq, Azərbaycanın hərbi əməliyyatları dayandırması (Ermənistanın özü niyə dayandıra bilmir?) üçün mümkün olan hər şeyi edəcək.

Haşiyə: Armen Sarkisyan əldə edilən atəşkəs razılaşmalarının məhz rəsmi İrəvan tərəfindən pozulduğunu nə tez unudub? Yoxsa özünü tülkülüyə vurub Türkiyənin üzv olduğu NATO-dan imdad diləyəcək. Qoy diləsin (Paşinyan da dili ilə onun-bunun dabanını yalayır), o vaxtadək, Azərbaycan Ordusu işğalda olan yeni ərazilərimizi azad edəcək.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*