Ermənistan Qarabağla bağlı şərt qoydubackend

Ermənistan Qarabağla bağlı şərt qoydu

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qarabağ münaqişəsinin yalnız ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlar formatında həll oluna biləcəyini vurğulayıb.

KONKRET.az Yenisabah.az-a istinadən xəbər verir ki, o, Ermənistanla Azərbaycan arasındakı sərhədin demarkasiyası və delimitasiyasının Qarabağ məsələsi xaricində baş tutacağını qeyd edib.

“Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası məsələsinin müzakirəsi zamanı Dağlıq Qarabağ probleminə toxunulmur.

Ermənistana Azərbaycandan sülh müqaviləsi imzalamaq üçün heç bir təklif gəlməyib. İlham Əliyev dəfələrlə İrəvanın müqavilənin imzalanması ilə bağlı təkliflərə məhəl qoymadığını bildirib.

Amma bizim dəqiq mövqeyimiz var-sülh müqaviləsi yalnız Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllindən sonra imzalana bilər. Bu isə yalnız ATƏT-in Minsk Qrupunun həmsədrləri formatında mümkündür”,-deyə Armen Qriqoryan əlavə edib.

  • Alpaslan
    Avqust 21, 2021 - 13:08

    Bu səviyyəsiz millətin başı tamamilə əzilməlidir.
    Bu ermənilər çox həyasız millətdir.
    3-cü Qarabağ müharibəsi labüddür.
    Belə getsə biz Zəngəzur dəhlizini də müharibə yolu ilə almalı olacayıq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*