“Ermənistan Qərbin əmri ilə Roma Əsasnaməsinə qoşulub” – Arman Abovyanbackend

"Ermənistan Qərbin əmri ilə Roma Əsasnaməsinə qoşulub" - Arman Abovyan

“Rusiya prezidenti Vladimir Putinin Ermənistan Respublikası ərazisində mümkün həbsi barədə söylənilənlər əslində Moskva ilə münasibətlərimizə ciddi xələl gətirə biləcək yönəldilmiş prosesdir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri erməni politoloq Arman Abovyan deyib.

O bildirib ki, Ermənistan Qərbin əmri ilə Roma Əsasnaməsinə qoşulub.

“Hakimiyyət vəziyyəti mümkün qədər pisləşdirir, təkəbbürlü çıxışlar edir və bütün bunların nəticələrini erməni xalqı çəkir. Əminəm ki, bizim strateji müttəfiqimizlə münasibətlərdə müəyyən problemlər var. Lakin onların həll variantları da mövcuddur: ya oturub danışın, ya da qlobal oyunçuların əlaltılarına çevrilin. Hakimiyyət ikinci variantı seçdi”, – deyə erməni politoloq əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*