Ermənistan rəsmisi “Arsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq” ifadəsini demədi – VİDEObackend

Ermənistan rəsmisi “Arsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq” ifadəsini demədi - VİDEO

Ermənistan XİN rəhbərinin müavini “Arsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq” ifadəsini söyləməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, etirazçılar xarici işlər nazirinin müavini Mnatsakan Safaryanın ofisinə daxil olublar. Onlar onu kamera qarşısında “Arsax”ın heç vaxt Azərbaycanın tərkibində olmayacağı ifadəsini deməyə çağırıblar. Lakin diplomat çağırışlara məhəl qoymayıb və bu ifadəni dilinə gətirməyib.

Bundan sonra aksiya iştirakçıları idarənin digər idarələrinə gediblər.

Qeyd edək ki, bu gün səhər saatlarından etirazçılar Ermənistan XİN-in binasını mühasirəyə alaraq giriş-çıxışı bağlayıblar.

Hazırda Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında polislə müxalifətçilər arasında dava başlayıb, təhlükəsizlik qüvvələri binanın girişlərini açmağa çalışır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*