“Ermənistan sülh prosesində iştirak edə-edə müharibəyə hazırlaşır” – İLGİNC DETALLARbackend

“Ermənistan sülh prosesində iştirak edə-edə müharibəyə hazırlaşır” – İLGİNC DETALLAR

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Arakel Martikyan bildirib ki, Silahlı Qüvvələrin vəzifəsi Ali Baş Komandanın əmrini yerinə yetirməkdir. O deyib ki, Ermənistan öz məqsədlərinə çatmaq üçün hər şeyi edəcək. Bəs görəsən bu fakt Ermənistanın müharibəyə hazırlaşdığını deməyə əsas verirmi? Ermənilər sülhdən danışa-danışa müharibəyə başlaya bilərmi?

Mövzunu KONKRET.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Ermənistan həm Avropa İttifaqı, həm də Rusiya tərəfindən həyata keçirilən danışıqlarda iştirak etməsinə rəğmən parallel olaraq silahlanır, dövlət sərhədimizdə təxribatlar həyata keçirir və ölkəmizə qarşı ərazi iddiaları irəli sürür: “Ermənistanın Baş naziri Niko Paşinyanın bu yaxınlarda Azərbaycana yönəlik və həqiqətə uyğun olmayan məlumatlar verməsini xüsusilə qeyd etmək lazımdır. Həmçinin rəsmi İrəvan ABŞ və Fransanı regiondakı proseslərə cəlb etməyə çalışır. Digər önəmli məsələ Ermənistanın sürətlə silahlanmasıdır. Belə ki, düşmən həm Qərbi Zəngəzura silah və texnika yığır, həm də “VOMA” kimi təşkilatların könüllü batalyonlarının hazılığı həyata keçirilir. Ermənistan Baş Qərargah rəisinin müavininin bu cür açıqlamalarla çıxış etməsi isə düşmənin eskalasiyaya ciddi şəkildə hazırlaşdığını deməyə əsas verir”.

İlyas Hüseynov: Dövlət başçısının yeni sərəncamı ahıl insanlara sosial  xidmətlər göstərən sosial işçilərə diqqət və qayğının

Politoloqun sözlərinə görə, rəsmi İrəvan hərbi büdcəsini 1 milyard ABŞ dollarına qaldırmaq niyyətindədir: “Bu isə onun büdcəsinin 10 faizə yaxın hissəsini təşkil edir. Həmçinin Ermənistan Hindistandan silah-sursat almaqla bağlı razılaşma imzalayıb. Bu o deməkdir ki, Ermənistan sülh prosesində iştirak edə-edə müharibəyə hazırlaşır və istənilən dövlətdən silah almağa hazırdır. Eyni zamnada İrəvanda Moskvanı Ermənistana silah verməməkdə günahlandırırlar. Vətən müharibəsindən öncə Rusiyadan pulsuz silah alan ermənilər indi də Kremldən bu “hədiyyəni” gözləyirlər. Amma regionda sabitliyi qorumaq üçün Ermənistan mütləq hərbisizləşdirilməlidir. Qonşu ölkələrə qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistana heç bir silah istehsalçısı olan dövlət hərbi sursat satmamalıdır. Yalnız bununla regional təhlükəsizliyi gücləndirmək mümkündür. Həmçinin Ermənistan KTMT-nin üzvüdür və buna görə də, Qərb dövlətləri İrəvana silah satmaqdan çəkinməlidirlər. Çünki bu silahlar bir gün Ukraynada peyda ola bilər. Bu baxımdan Ermənistanla bu gün siyasi danışıqlar aparan tərəflər mövcud reallığı qəbul etməlidirlər. İrəvanın terrorçuluq fəaliyyətini və dağıdıcılıq niyyətini bütün dünya gücləri bilməlidir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*