“Ermənistan terrorçular kimi mülki əhalinin arxasında gizlənir” – Hikmət Hacıyevbackend

"Ermənistan terrorçular kimi mülki əhalinin arxasında gizlənərək... " - Hikmət Hacıyev

“2016-cı ilin aprelində Ermənistan ordusunun təxribatının qarşısı əks-həmlə ilə alınarkən Ermənistan silahlı qüvvələri əhalinin sıx məskunlaşdığı ərazilərdə artilleriyadan istifadə edib”.

KONKRET.az-ın məlumatına görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Tovuz istiqamətində də Azərbaycan ordusunun qətiyyətli cavabı qarşısında Azərbaycanın mülki obyektlərinə zərbə endirilir, eyni zamanda özləri Ermənistanda mülki əhalinin arxasında gizlənirlər.

“Məqsəd odur ki, cavab zərbəsi nəticəsində Ermənistanda mülki şəxslərə ziyan dəysin və bundan da beynəlxalq aləmdə istifadə etsinlər. Azərbaycan Ordusu isə dəqiq hədəflərə münasibətdə zərbələr endirilir. Bu mətbuat konfransının da məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin terrorçulara xas olan metoddan istifadə etməsini, mülki əhalinin arxasında gizlənərək onları hədəfə çevirməsini çatdırmaqdır”, – deyə Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*