Ermənistan Türkiyə ilə sərhədləri açmağa hazırdırmı? – Badasyan DETALLARI AÇIQLADIbackend

Ermənistan Türkiyə ilə sərhədləri açmağa hazırdırmı? - Badasyan DETALLAR AÇIQLADI

“Ermənistanın vergi xidməti Türkiyə ilə sərhədləri açmağa hazırdır”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan  deyib.

O bildirib ki, Türkiyə ilə sərhədlər açılsa,ticarət və vergi münasibətlərində problem olmayacaq, çünki bu məsələləri tənzimləyən beynəlxalq konvensiyalar var:

“Biz sərhədləri açmağa hazırıq. Bu prosesin necə olacağı, sərhədin üçüncü ölkələrin vətəndaşları üçün açılma ehtimalı haqda hələ nəsə deyə bilmərəm. Amma biz bütün axına xidmət etməyə hazırıq. Ona görə də mövcud problemləri nəzərdən keçirdik və bizə hansı infrastruktur, vergi alətləri və resurslar lazım olduğunu başa düşdük”, – deyə Badasyan vurğulayıb.

O, həmçinin sərhədlərin açılması ilə bağlı danışıqların aparıldığını, lakin təfərrüatların gizli saxlandığını diqqətə çatdırıb:

“Türkiyə Ermənistanı 1991-ci il dekabrın 24-də rəsmən tanısa da, dövlətlər arasında indiyədək diplomatik əlaqələr qurulmayıb. 1993-cü ildə Türkiyə Ermənistanla hava və quru sərhədlərini birtərəfli qaydada bağlayıb. Hava sərhədi 1995-ci ildə beynəlxalq ictimaiyyətin təzyiqi ilə açılıb. Ermənistanın hazırkı lideri Nikol Paşinyan 2020-ci ilin payızında baş verən 44 günlük müharibədən sonra regionda sülhün  formalaşdırılması ideyasını fəal şəkildə təbliğ etməyə başlayıb, Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün əməli addımlar atılmasının vacibliyinə toxunub. 2021-ci ilin dekabrında Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan və təcrübəli diplomat, Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç danışıqlar üçün təyin edilib. 2022-ci il martın 12-də Antalya Diplomatik Forumu çərçivəsində Ermənistan və Türkiyənin xarici işlər nazirləri Ararat Mirzoyan və Mövlud Çavuşoğlu arasında görüş keçirilib. Görüş zamanı münasibətlərin normallaşmasının gələcək perspektivləri müzakirə olunub”.

2022-ci il iyulun 1-də Ermənistanla Türkiyə arasında yüklərin birbaşa hava daşımalarına tez başlaması barədə razılıq əldə edilib. 2023-cü ilin əvvəlində Ermənistanla Türkiyə arasında birbaşa hava yüklərinin daşınması üçün maneələrin aradan qaldırılması məlum olub və bu, yanvarın 1-dən gerçəkləşib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*