Ermənistan və Türkiyə birbaşa hava yükdaşımalarına BAŞLADIbackend

Ermənistan və Türkiyə birbaşa hava yükdaşımalarına BAŞLADI

Ermənistan və Türkiyə birbaşa hava yükdaşımalarına başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Ermənistan və Türkiyə birbaşa hava yük daşımalarına başlayır. 2023-cü il yanvarın 1-dən Ermənistanla Türkiyə arasında birbaşa hava yüklərinin daşınmasına icazə verilib.

Mənbələrin məlumatına görə, qərar iki ölkə nümayəndələri, o cümlədən münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr arasında aparılan danışıqlardan sonra qəbul edilib.

Qərarla bağlı Türkiyənin İxracatçılar Birlikləri ölkənin Ticarət Nazirliyi vasitəsilə məlumatlandırılıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*