Ermənistan vətəndaşları ölkədən kütləvi şəkildə qaçır – ŞOK STATİSTİKAbackend

Ermənistan vətəndaşları ölkədən kütləvi şəkildə qaçır – ŞOK STATİSTİKA

Bu yaxınlarda açıqlanan rəsmi məlumatlara görə, ötən il 46 900-dən çox erməni Rusiya vətəndaşlığını qəbul edib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu, son illərin rekord göstəricisi hesab olunur. Ümumilikdə 2017-2021-ci illərdə 153,8 min vətəndaşımız Rusiya pasportu alıb. Ermənistanın daimi əhalisinə nisbətdə bu, təxminən 5,2 faiz təşkil edir. “Vətəndaşlarımızın mühacirətə getməsinin əsas səbəbləri hamıya məlumdur – kütləvi işsizlik, minimum yaşayış səviyyəsi və aşağı gəlir insanları ölkədən qaçmağa vadar edən səbəblər sırasındadır. Əhəmiyyətli inflyasiya (ötən il 7,2%) və xüsusilə kənd təsərrüfatında ikirəqəmli inflyasiya (11,2%) Ermənistanda vəziyyəti daha da ağırlaşdırıb. Çoxları ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənlik içərisindədirlər, xüsusən də uşaqlarının təhlükəsizliyini təmin etmək üçün vətənlərini tərk edirlər”.

Bundan əlavə, ermənilər üçün postsovet ölkəsində həyata adaptasiya olmaq o qədər də çətin deyil. Ermənistan sakinləri az-çox rus dilində danışırlar. Ona görə də Rusiyada dil baryerini aşmaq başqa ölkələrlə müqayisədə daha asandır. Bütün bu amillər Ermənistan sakinlərinin kütləvi şəkildə Rusiya vətəndaşlığını almasına səbəb olub. BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin hesablamalarına görə, ötən il Ermənistanda yaşı 64-dən yuxarı olan insanlar əhalinin ümumi payında 10 faiz təşkil edib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*