Ermənistan XİN: “Azərbaycanla sülh müqaviləsinin hazırlanması üzrə ekspert işçi qrupu YARADILIR”backend

Ermənistan XİN: "Azərbaycanla sülh müqaviləsinin hazırlanması üzrə ekspert işçi qrupu YARADILIR"

“Aprelə kimi Ermənistan Xarici İşlər Nazirliyində Azərbaycanla sülh müqaviləsinin hazırlanması üzrə ekspert işçi qrupu yaradılacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni nəşri “Past” məlumat yayıb. Qəzet yazır ki, aprelə kimi Ermənistan Xarici İşlər Nazirliyində Azərbaycanla sülh müqaviləsinin hazırlanması üzrə ekspert işçi qrupu yaradılacaq.

Bundan əvvəl İrəvan sülh müqaviləsinin bağlanması üçün danışıqların təşkilinə görə ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət edib.

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistana Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün beş bəndlik sənəd təklif edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*