Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstana səfər edəcək.
KONKRET.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu gün reallaşacaq səfər barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında qeyd edilib ki, Ararat Mirzoyan səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və XİN rəhbəri David Zalkaliani ilə görüşəcək.
Vəsilə İbrahim,
KONKRET.az
