Ermənistan yeni Prezidentini SEÇDİbackend

Ermənistan yeni Prezidentini SEÇDİ

Ermənistan parlamenti ikinci turda Vaaqn Xaçatryanı ölkənin yeni Prezidenti seçib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Xaçatryanın namizədliyinə 71 deputat səs verib.

Yüksək texnologiyalar sənayesi naziri olan Xaçatryan hakim “Vətəndaş müqaviləsi” partiyasının namizədi idi. Onun 62 yaşı var.

Xatırladaq ki, Ermənistan parlamenti bu gün iclas zamanı ilk turda respublikanın yeni prezidentini seçə bilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*