“Azərbaycana qarşı sanksiyalar məsələsinə hətta baxılmayacaq”.
KONKRET.az xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Asita Kankonun “Laçın yolunun bağlanması” ilə bağlı rəsmi müraciətinə cavab olaraq Josep Borrell deyib.
“2022-ci ilin dekabr ayının əvvəlindən Avropa İttifaqı Laçın yolunda baş verənləri diqqətlə izləyir”, – deyə Borrell bildirib.
O, “Azərbaycan hakimiyyətinə qarşı müvəqqəti tədbirlərin tətbiqi” ilə bağlı sualı da cavablandırıb.
“Sanksiyalar Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasətinin məqsədlərinə çatmaq üçün vasitələrindən sadəcə biridir və bu halda onlara baxılmır.
Aİ-nin səyləri Ermənistan və Azərbaycan arasında dialoq vasitəsilə həll yollarının tapılmasına yönəlib və hər iki ölkənin liderləri buna sadiqliklərini ifadə ediblər”, – deyə Borrell vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
