Ermənistanda Yeni ildə 50-dən çox insan pirotexniki vasitələrdən xəsarət alıb.
KONKRET.AZ xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə naziri Arsen Torosyan öz “Facebook” səhifəsində bildirib.
A.Torosyan deyib: “Son iki gün ərzində pirotexnika və fişənglərdən xəsarət alan 52 nəfər Ermənistanın tibb mərkəzlərinə müraciət edib”.
Onun sözlərinə görə, onlardan 8 nəfər – 7 yaşdan 14 yaşa qədər uşaqlar, 7 nəfər – 15-17 yaşlı yeniyetmələr, qalan 37 nəfər – 18 yaşdan yuxarı olan böyüklərdir.
A.Torosyan məişət pirotexnikasından tamamilə imtina etməyə çağırış edib. O əlavə edib ki, artıq pirotexnika məhsulları və fişənglərin satışını məhdudlaşdıran qanun layihələri hazırlanıb.
