Ermənistanda asılmış kişi meyiti tapılıbbackend

Ermənistanda asılmış kişi meyiti tapılıb

Ermənistanda asılmış kişi meyiti aşkarlanıb.

KONKRET.AZ “Report”a istinadla xəbər verir ki, hadisə Aştarak vilayətində baş verib.

Belə ki, sakinlər yaşayış binasının damında meyit aşkar ediblər. Hadisə yerinə gələn polis meyitin kimliyini müəyyənləşdirib. Onun 37 yaşlı S.Aslanyan olduğu bildirilir.

Onun intihar edib-etməməsi barədə məlumat yoxdur.

Fakt üzrə materiallar toplanılır. Müstəntiqin qərarına əsasən, bir neçə ekspertiza, o cümlədən cəsədin məhkəmə-tibbi ekspertizası təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*