Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 36 saylı tam orta məktəbdə 21 şagirdin zəhərlənməsinə mağazadan alınan “Çupa Çups” (Chupa Chups) markalı konfetin səbəb olduğu bildirilir.
KONKRET.az report-a istinadla xəbər verir ki, 2013-cü il təvəllüdlü, həmin məktəbin 8-ci sinif şagirdi C.N. konfeti Saray qəsəbəsində yerləşən mağazaların birindən alıb və sinif yoldaşları ilə birgə yeyib.
Nəticədə özü və daha 20 sinif yoldaşı zəhərlənmə şübhəsi ilə Sumqayıt şəhər Uşaq Xəstəxanasına müraciət edib.
Hazırda şagirdlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Sumqayıtda 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə baş verdiyi iddia edilir.
KONKRET.az report-a istinadla xəbər verir ki, ilkin məlumata görə, 14 şagird zəhərlənib.
Qeyd edilib ki, hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb edilib.
