Ermənistanda avtomobil içərisində müxalifətçilər olan çadıra ÇIRPILDI – VİDEObackend

Ermənistanda avtomobil içərisində müxalifətçilər olan çadıra ÇIRPILDI - VİDEO

Ermənistanda səhər tezdən naməlum avtomobil Fransa meydanındakı çadıra daxil olub.

KONKRET.az xəbər verir ki, bu barədə  feysbukda canlı yayımda müxalifətçi deputat Anna Mkrtçyan bildirib.

Sosial şəbəkələrdə  o, polisin müdaxilə etmədiyini və maşının nömrəsini belə qeyd etmədiyini bildirib. Ölən və yaralananlar olmayıb.

“Kimsə polis kordonunu yarıb, maşınlar maneəsiz olaraq “Fransa” meydadına daxil olub, vətəndaşların olduğu çadırlardan birinə çırpılıb. Polislərdən heç biri bu avtomobillərin nömrələrini qeyd etməyib”, – Mkrtçyan deyib.

Müxalifət çadırına girən üç nəfər polis bölməsinə aparılıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*