Bir neçə erməni keçmiş məmurun arvadı, uşaq bağçalarının müdirləri Milli Təhlükəsizlik Xidmətinə (MTX) dindirilməyə çağırılıb.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, onların adları hələ açıqlanmayıb. Amma qeyd olunur ki, onlar Milli Təhlükəsizlik Xidmətinin uşaq bağçalarında böyük yeyinti halları ilə dindiriləcəklər.
Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti paytaxtdakı məktəbəqədər uşaq müəssisələrinə ərzaq tədarükü zamanı oğurluq edən cinayətkar qrupun üstünü açıb. Cinayəti törətməkdə təqsirli bilinən 5 nəfər həbs edilib.
Natiq Səlim,
KONKRET.az
