Ermənistanda qadın hakim həbs olunub.
KONKRET.az xəbər verir ki, bununla bağlı Arusyak Aleksanyanın vəkili Yerem Sarkisyan öz Facebook səhifəsində məlumat verib. Oktyabrın 19-da İrəvan şəhərinin 1-ci Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Razmik Marikyanın sədrliyi ilə Milli Təhlükəsizlik Xidmətinin hakim Arusyak Aleksanyanın həbsi ilə bağlı vəsatəti təmin edilib.
Sarkisyan yazıb:
“Əlbəttə, bundan başqa heç nə gözləmirdik, çünki məhkəmələr və hakimlər ətrafında baş verən son hadisələr birmənalı olaraq “itaətkar” məhkəmə sisteminin formalaşmasına yönəlib.
Təsəvvür etmək çətindir ki, Ali Məhkəmənin hakim Arusyak Aleksanyanın həbsinə razılıq verməsi, onun Milli Təhlükəsizlik Xidməti tərəfindən həbsdə saxlanması və həbslə bağlı vəsatət verməsi hakimlərə təsir etməyib.
Həbs yeganə qətimkan tədbiri olaraq qalır və həbs edilməmək yalnız ittihamdan asılıdır”.
Xuraman Etibarlı,
KONKRET.az
