Ermənistanda Qarabağdakı qondarma rejimin əski parçasını cırıblar.
KONKRET.az xəbər verir ki, bu gün Qavar şəhərində naməlum şəxslər bir neçə ay əvvəl Qeqarkunik vilayət administrasiyasının binası yaxınlığında müxalifət tərəfindən qaldırılmış “Arsax” bayrağını cırıblar.
Ermənilərin ah-naləsi yerə-göyə sığmır və bu “vandalizm”ə dözmədiklərini bildirirlər.
“Bu vandalizm aktı-Nikol və hakim dəstənin apardığı antimilli və anti-“Arsax” siyasətinin birbaşa nəticəsidir”, – deyə sosial şəbəkələrdə yazıblar.

Xuraman Etibarlı,
KONKRET.az
