Ermənistanda Robert Koçaryanın oğlu da daxil olmaqla 111 nəfər SAXLANILDI – VİDEOLARbackend

Ermənistanda Robert Koçaryanın oğlu da daxil olmaqla 111 nəfər SAXLANILDI - VİDEOLAR

Ermənistanda bugünkü etiraz aksiyasının 111 iştirakçısı polis bölmələrinə aparılıb.

KONKRET.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, müxalifətin bugünkü etiraz aksiyasının 111 iştirakçısı polis tərəfindən saxlanılıb.
Müxalifət tərəfdarları və eks-prezident Robert Koçaryanın oğlu Levon saxlanılıb.

Qeyd edək ki, Koçaryanın oğlunun atası və özünün hakimiyyətə gəlməsi üçün mitinqlərə qoşulduğu bildirilir. O, bu fikirlərə qarşı çıxıb və İrəvan meri seçilmək məqsədinin olmadığını vurğulayıb. O, atası ilə indiki hakimiyyətlə siyasi mübarizə aparır ki, Qarabağa və Ermənistana mənfi təsir edəcək “dağıdıcı sənədlər” imzalanmasın.

“İrəvan merinin seçilməsinə və bu məsələ ilə bağlı mənim adım ətrafında gəzən söz-söhbətlərə gəlincə, dərhal deyim ki, nə ailə üzvlərimlə, nə də fraksiya daxilində bu məsələ ilə bağlı müzakirəmiz olub”, – Levon Koçaryan bildirib.

Xatırladaq ki, Ermənistanın müxalifət partiyalarının yaratdığı Müqavimət hərəkatı bir aya yaxındır ki, İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etiraz aksiyaları keçirir. Ermənilər Paşinyanı “Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq planları”nda ittiham edirlər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*