Ermənistanda Rusiya vətəndaşları SAXLANILDIbackend

Ermənistanda Rusiya vətəndaşları SAXLANILDI

Ermənistanda Rusiya vətəndaşları saxlanılıb. Onların Rusiyanın sifarişi ilə Navalnıya görə təqib olunduğu deyilir.

KONKRET.az xəbər verir ki, Ermənistan polisindən verilən məlumata görə, İnternetdə Tanya Şukina adlı istifadəçinin tviti yayılıb. O bildirib ki, Ermənistan polisi onun dostlarını – Rusiya hakimiyyətinin göstərişi ilə bir oğlan və bir qızı həbs edib, özü isə şəhərdə gizlənib.

Başlanmış cinayət işi çərçivəsində nəşrdə adı çəkilən şəxslər Erebuni polis bölməsinə aparılaraq ibtidai istintaq orqanına təqdim edilib.

“Konfliktə görə Erebuni Polis İdarəsinə gətirilən şəxslər saxlanılıb. Bu işin Navalnıya heç bir aidiyyatı yoxdur, hadisə Ermənistanda baş verib. Hazırda Rusiya Federasiyasının vətəndaşları dindirilir, onlardan heç birindən Tanya Şukinanın yeri barədə məlumat verməsi tələb olunmayıb”, – Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan deyib.

Qeyd edək ki, hüquq müdafiəçisi Artur Sakunts facebookda yazıb ki, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi bu şəxslərin hüquqlarının müdafiəsini öz üzərinə götürüb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*