Ermənistanda yezidilərə qarşı dözümsüzlüyün ifrat təzahürləri ilə bağlı daha bir qalmaqal alovlanır.
KONKRET.az xəbər verir ki, çağırışçı Vle Feroyanın qohumları həyəcan təbili çalır. Onların orduya çağırılan qohumu ağır döyülür və tualet təmizləməyə məcbur edilir. Xüsusilə, irakanum.am saytı ilə söhbətində əsgərin yaxınları bildiriblər ki, yanvarın 31-də orduya çağırılan Vle Feroyan (yezidi) hərbi hissənin komandanlığı tərəfindən alçaldılıb və döyülüb, bundan sonra əsgər yoxa çıxıb.
“Uşağı səhərdən axşama kimi söyürlər, danlayırlar, yedizdirmirlər, yeməkxanaya buraxmırlar, küçədə saxlayırlar, deyirlər, kazarmanı süpürənə qədər içəri girməyəcəksən. Bu uşağı səhər 1-ə kimi küçədə saxlayırlar, bölmədə su kranı var, su içməyə gəlir, qoymurlar. “Səhər birdən sonra evə zəng edib deyir ki, belə bir vəziyyət var, ondan sonra uşaqdan xəbərimiz yoxdur”, – deyə əsgərin dayısı bildirib.
Onun sözlərinə görə, hadisə fevralın 1-də baş verib. 31-də orduya apardılar, fevralın 1-də isə bütün bunlar artıq baş vermişdi.
Xuraman Etibarlı,
KONKRET.az
