Ermənistanın aldığı “dron”lar “farşivıy” çıxdı – Polşa qarışdıbackend

Ermənistanın aldığı “dron”lar "farşivıy” çıxdı - Polşa qarışdı

Sən demə, Polşanın bəh-bəhlə Ermənistana satdığı PUA-lar ən yaxşı halda havadan nəzarət etmə imkanlarına malik imiş. Və müasir pilotsuz döyüş aparatları ilə müqayisədə ən azı 10 sinif geridə qalır. Bu biabırçılıq isə İkinci Qarabağ savaşında üzə çıxıb. Ermənstanın “aldadılması”nın bədəlini isə çox qəribədir ki, Polşanın keçmiş müdafiə naziri Antoni Matsereviç ödəyir. Çünki “Polşanın möcüzə silahı” adlandırılan PUA-lardan min ədədini də Polşa Müdafiə Nazirliyi sifariş edibmiş.

KONKRET.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. Məlumatda deyilir ki, sabiq müdafiə naziri Antoni Matsereviç 3 il əvvəl böyük bir səs-küylə ordu üçün 1000 ədəd müasir “uçan sursat” aldığını elan edib. “Bu silah ordu üçün çox böyük əhəmiyyətə malikdir. Min belə raket üçün müqavilə imzalanıb. Bu il bu silahların hərbi hissələrə tədarükünə başlanılacaq”, – deyə Matsereviç bildirmişdi.

Ancaq bu günlərdə bəlli olub ki, Polşa Müdafiə Nazirliyi cəmi yüz ədəd uçuş aparatı tədarük edib. Bununla belə sabiq nazirin başı dərddədir.

Polşa quru qoşunlarının keçmiş komandanı, general Valdemar Skşipçak “bu çox ciddi bir məsələdir”, – deyib. Əlavə edib ki, “Bu, Matsereviçin yerinə yetirilməmiş bir müqaviləsidir. Amma onun bu cür axmaq müqavilələri çoxdur. Məsələn, Ukrayna ilə birlikdə inşa edilməsi nəzərdə tutulan virtual helikopterlərlə bağlı müqavilə harda qaldı? Yeni T-72 tanklarının alınması ilə bağlı müqavilə bağlandı. Sonra bəlli oldu ki, 70-ci illərdən qalma tanklar təmir edilərək Polşaya yeni adı ilə satılıb”.

Antoni Matsereviç ittihamlara münasibət bildirməkdən imtina edir. Jurnalistərin davamlı zənglərinə isə, ümumiyyətlə. cavab vermir.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*