Liya Xocayan: “Payız xoşagəlməz sürprizlərlə zəngin olacaq!”
Bu gün məlum olub ki, rusiyalı ictimai-siyasi xadim Vitaliy Şişkin qonşu ölkədə qaçqın statusu alıb. Şişkin özünün sosial şəbəkə hesabında yazıb ki, bu statusu “Rusiyada siyasi motivlər əsasında təqib olunduğu” üçün siyasətçi kimi qazanıb. Konkret.az xəbər verir ki, “VERELQ” ilə söhbətində Vitali Şişkin qeyd edib ki, Ermənistan hökumətinə status üçün hələ fevral ayında müraciət edibmiş, sənəd avqustun 22-də imzalansa da, sahibinə dünən təqdim olunub.
“Müraciətə baxılması müddətinə əsasən dünyada bəlkə də ən yaxşı olan Ermənistan qanunlarına görə, hökumət 6 ay ərzində qırar qəbul edə bilər. Bundan başqa, erməni qanunvericiliyinə görə, mürəkkəb hallarda qərar 3 aya qəbul olunmalı və ya müddəti uzadılmalıdır, amma mənim vəziyyətimdə müddəti ona görə uzatdılar ki, tərcüməçinin haqqının ödənilməsi ardıcıllığı öncədən razılaşdırılmamışdı”, – deyə Vitaliy bildirib.
Vitaliy Şişkin Ermənistanın onun müraciətinə müsbət cavab verməsində siyasi amil axtarmağa lüzum görmür. Onun sözlərinə görə, Moskvanın Yerevana keçmiş deputat Miqran Poqosyanı verməyə imtina etməsi zamanında “belə asan və rahat şəkildə” lazım olan anda, lazım olan yerdə olması, bir daha sübut edir ki, Ermənistan bahar inqilabından sonra çox dəyişib:
“Ölkəin baş naziri Nikol Paşinyan özü siyasi məhkum olub və çox güman ki, hamıdan yaxşı başa düşür ki, qeyri-qanuni təqib nə deməkdir. Mənim haqqımda da çox şey yaza bilərlər, amma məni bütün beynəlxalq təşkilatlar siyasi məhbus kimi qəbul edirlər. Bu ilin yanvarında azad olunduqdan sonra mənə təzyiq etməyə başladılar, məni yenidən həbs etmək istəyirdilər, yanvarın sonunda isə təsadüfən Ermənistana getdim və hökumətə müraciət yazdım. Düşünürəm ki, müxtəlif beynəlxalq təşkilatlar Ermənistana məni dəstəklədiklərini bildiriblər və bu da mənim xeyrimə qərarın qəbul olunmasına təsir edib”, – deyə Vitaliy qeyd edib.
Amma niyə Ermənistan? Axı hamı xatırlayır ki, Vitaliy vaxtilə anti-Ermənistan şüarları ilə çıxış edirdi. Çox uzağa getməyək – 2015-ci ilin yanvarında Mineralnıye Vodı şəhərinin kafelərindən birində erməni tərəfində rusiyalı hərbçinin öldürülməsindən sonra Vitaliy şəhər sakinlərini ermənilərə qarşı “xalq yürüşü”nə səsləmişdi.
Şişkinin sözlərinə görə, 2015-ci ildə o heç kimi heç bir yürüşə səsləyə bilməzdi, çünki həbsxanada idi (amma əslində dəmir barmaqlıqlar arxasında fevral ayında atılmışdı): “Bəli, mən xatırlayıram, amma mən qanuni baxımdan çıxış etmişdim. Mən qanun qoruyucusuyam, ona görə də rus əsgərlərinin Ermənistanda qanun pozmalarına da göz yuma bilmirəm, eynilə, ermənilərin və ya digər millətlərin Rusiyada anoloji hərəkətlərinə müsbət yanaşmıram. Qanun kiminsə vəziyyətinə uyğun dəyişməməlidir”.
Vitaliy Şişkin Ermənistanda çox qalmayacaq. Ermənistanı nə qədər sevsə də, etiraf edir ki, ermənilər bəzən onda mənfi hisslər oyadıblar. Məsələn, Vitaliy Moskvada Azərbaycan səfirliyinin qarşısında Bakıya silah satılmasının əleyhinə mitinq təşkil edəndə, onun sözlərinə görə, onu heç bir erməni dəstəkləməyib, hərçənd, Azərbaycana silah satılması hər bir erməninin birbaşa marağındadır.
“Mən Yerevanda qalmayacam. Birincisi, mən başqa ölkəyə keçmək üçün icazə almışam, yəni Ermənistan vətəndaşı olmaq üçün müraciət etməmişəm. Mən Avropaya getməyə hazırlaşıram və son aylarda alman dilini öyrənmişəm. Hazırda pasportumun və vizanın rəsmiləşdirilməsi ilə məşğulam, sənədlər hazır olanda ölkədən gedəcəm”, – deyə söhbətinə yekun vurub.
Bizimlə söhbətində Vitaliy israr etsə də ki, heç vaxt anti-erməni çıxışları səsləndirməyib, amma müəyyən səhvləri bioqrafiyasından silmək mümkün deyil. 2013-cü ilin dekabrında bütün Rusiyanın diqqəti Arzamasda idi – o zaman kafedə dava zamanı 26 yaşlı Aleksandr Slakayev qətlə yetirilmişdi, bu hadisədən sonra şəhərdə iğtişaşlar başlamışdı – onlarla gənc şaurma satan köşkləri dağıtmışdı. Bir həftə ərzində yerli sakinlər “xalq yürüşü”nə qalxmışdılar və hökumətdən tələb etmişdilər ki, miqrantlarla çətin vəziyyətə nəzarət gücləndirilsin.
O zaman dörd nəfər həbs olunmuşdu: 32 yaşlı rusiyalı ilə birlikdə 28, 42 və 43 yaşlı Ermənistan Respublikasının vətəndaşları. O zaman Şişkin “bundan sonra siz burada partlayan erməni görməyəcəksiniz”,- deyən Arzamasın merini dəstəkləmişdi, həmin video hələ də YouTube-da qalır.
Şişkinin özü Facebook hesabında qetiraf edib ki, ermənilərə qarşı həmin “xalq yürüşləri”ndə aktiv iştirakçı olub – nəticədə 15 erməni ailəsi Arzamasdan getməli olmuşdu: “Mən, Şişkin Vitali, rusiyalı millətçiyəm. Heç kim məni qorxaqlıqda ittiham edə bilməz. Rusların bütün yürüşlərində şəxsən özüm aktiv iştirak etmişəm – Biryulevoda, Arzamasda, Udomlda, Puqaçevdə “xalq yürüşləri”nə qatılmışam…”
Ayındır ki, Şişkinin bioqrafiyasından bu və ya digər faktlar Ermənistan hökumətinin gözündən qaça bilməzdi, ona görə də belə bir “millətçi”yə qaçqın statusunun verilməsi başqa məna kəsb edir, nəinki hökumətin “xoş məramı”dır. Həm də son hadisələr – Miqran Poqosyanın Yerevana verilməsinə imtina, Putinin keçmiş repzident Robert Koçaryanı dəstəkləməsi və s., bütün bu status oyununa siyasi don geyindirməyə əsas verir. Yeri gəlmişkən, Ermənistan rəhbərliyi hələ də Rusiya qazının qiyməti məsələsini həll etməyib, Avrasiya İqtisadi Birliyi başçılarının sammiti də yaxınlaşır… Erməni saytları sammitin Yerevanda deyil, Moskvada keçiriləcəyini söyləyirlər…
Bir sözlə, payız xoşagəlməz sürprizlərlə zəngin olacaq!
Hazırladı: Rəhim Əliyev
