Ermənistanın müdafiə naziri Suren Papikyan yaxın günlərdə istefa verəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, müdafiə naziri Suren Papikyanın yaxın günlərdə istefa verəcəyi gözlənilir.
Eyni mənbəyə görə, o, diplomatik işə təyin olunacaq və bütün bunlar Papikyanla Paşinyan arasında razılaşmanın nəticəsidir.
“Paşinyan bu addımı ilə bir daşla iki quş vurmaq niyyətindədir. Birincisi, sahibinin Papikyandan qurtulmaq göstərişini yerinə yetirir, ikincisi, 15 əsgərin ölümünə görə (kazarmada baş verən yanğın nəticəsində – red.) məsuliyyəti Papikyanın üzərinə yükləyir.
Aldığımız son məlumata görə, Ermənistanın hökumət dairələri Papikyanın istefa verəcəyi xəbərini təkzib edib.
Xuraman Etibarlı,
KONKRET.az
