Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında Türkiyənin vasitəçiliyi önəmlidir – AÇIQLAMAbackend

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında Türkiyənin vasitəçiliyi önəmlidirAÇIQLAMA 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başlayıb. Azərbaycan liderini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər qarşılayıb. Dövlət başçıları Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirak etdikdən sonra prezidentlərin görüşü olacaq.

Maraqlıdır, görüşdə hansı məsələlərin müzakirəsi ön plana çəkiləcək?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Turan Rzayev cavablandırıb. O bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında Türkiyənin vasitəçiliyi önəmlidir:

“Liderlər arasında son dövrlərdə regionda baş verən proseslər və Ermənistandakı hazırki vəziyyətin müzakirə ediləcəyi gözlənilir. Son illər hər iki liderin apardığı ortaq siyasət regionda sülhün bərqərar olmasında vacib rol oynayır. Xüsusilə Ermənistan-Azərbaycan arasında uzlaşmanın əldə olunmasında Türkiyənin mövqeyi rəsmi Bakı ilə üst-üstə düşür. İ

ndiki məqamda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında Türkiyənin vasitəçiliyi önəmlidir. Tərəflər arasında bu istiqamətdə müzakirələrin olacağı gözlənilir. Ermənistan indi Avropaya inteqrasiya etməyə çalışır. Bunun əsas yolu isə Türkiyə ilə sərhədlərin açılmasından keçir. Türkiyə və Qərb də bunu yaxşı bilir. Qərb açıqca Ermənistana bildirir ki, Avropaya inteqrasiya etmək istəyirsinizsə, ilk növbədə Türkiyə ilə sərhədlər açılmalıdır. Bu da Azərbaycanla imzalanacaq yekun sülh müqaviləsindən asılıdır. Ərdoğan əvvəlki çıxışlarında bu məsələyə dəfələrlə diqqət çəkib. Bu kimi görüşlər sülh gündəliyində dayanan prosesləri daha da sürətləndirir”.

Politoloq fikirlərinə belə davam edib:

“Bundan əlavə, tərəflər arasında enerji sahəsində əməkdaşlıq uzun illərdir davam edir. TAP VƏ TANAP layihələri Türkiyə ərazisindən keçir. Türkiyə son illərdə Avropaya enerji daşıyıcısı olmaq iddiasındadır. Bu iddianın əsas dəstəkləyicisi isə rəsmi Bakıdır. Azərbaycan Mərkəzi Asiyanın neft və qazını öz boru kəmərləri ilə Türkiyə üzərindən Avropaya çatdırır. Bu gün müharibənin fonunda Qərb Rusiyaya sanksiyalar tətbiq edir. Avropa isə enerji böhranı yaşayır və buna görə də alternativ ölkələrə üstünlük verilir. Bu ölkələrdən biri də məhz Azərbaycandır. İki ölkə arasında enerji sahəsində əməkdaşlığın perspektivlərinin genişləndirilməsi məsələsi də müzakirə mövzularından olacaq”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*