“Əsas məsələ strukturun necə olacağında deyil” – Nizami və Kəpəz rayonlarının ləğvi ilə bağlı AÇIQLAMAbackend

“Əsas məsələ strukturun necə olacağında deyil” - Nizami və Kəpəz rayonlarının ləğvi ilə bağlı AÇIQLAMA

Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv olunur. Bu barədə Milli Məclis “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Bu, struktur islahatlarının davam etdirilməsi məsələsini də gündəmə gətirir.  

Bəs görəsən bu cür struktur islahatlarının ölkə üçün hansı müsbət təsirləri mövcuddur?.  

Mövzu ilə bağlı fikirlərini KONKRET.az-la bölüşən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, rayonların vahid mərkəzdə birləşdirilməsi məsələsinin tərəfdarıdır: “Bu addımı dəstəkləyirəm. Çünki bu həm idarəçiliyi rahatlaşdırır, həm də bir mərkəzdən rəhbərlik daha rahat olur. Nəticədə isə yeyinti, rüşvət faktları və pərakəndəlik aradan qalxır. Bunun müsbət hal olduğunu düşünürəm. Məncə rayonların ləğvi daha səmərəli olacaq və büdcə vəsaitlərinə qənaətə gətirib çıxaracaq. Burada neqativ tərəf odur ki,  bir  subyekt ləğv olunur və orada çalışan insanlar işsiz qalır. Çünki strukturlar birləşəndə mütləq ixtisarlar baş verir. Ümid edirəm ki, hökumətin bu məsələ ilə bağlı da hansısa planları var. Hazırkı vəziyyətdə insanların işsiz qalmasına laqeyd yanaşmaq olmaz.  Onların işlə təminatında hansısa addımlar atılmalıdır”.

Tural Abbaslı (@TuralAbbasli) / Twitter

Tural Abbaslı əlavə edib ki, Azərbaycandakı digər kiçik rayonların da  vahid idarəetmə mərkəzində birləşdirilməsi, vilayətlər yaxud regionlar üzrə bölünməsi faydalı ola bilər: “Amma bu, həmin vahid struktura təyin edilən şəxslərdən asılıdır. Əsas məsələ strukturun necə olacağında deyil. Önəmli olan rəhbərlik edəcək insanın şəxsi keyfiyyətləridir. Effektivliyin əldə edilməsi üçün, rüşvət və korrupsiyaya meylli olmayan şəxslərin vahid strukturun rəhbərliyinə gətirilməsi çox önəmlidir. Dövlət və dövlətçilik anlayışı olan kadrların yetişdirilməsi  vacib bir məsələdir. Ümumilikdə bu mövzulara kompleks yanaşmaq lazımdır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*