Devrilmiş prezident Bəşər Əsəd hakimiyyəti dövründə Suriyada gizli şəkildə nüvə reaksi̇oru inşa edilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi BMT-nin məxfi məruzəsinə istinadən məlumat yayıb.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişləri avqust ayında Suriyadakı bir neçə obyektə baş çəkərək, əvvəllər şübhə doğuran nüvə obyektlərinin mövcudluğunu təsdiqləyiblər. Agentliyin məlumatına görə, Əsəd hökuməti Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilə çərçivəsində təminatlar sazişinin tələb etdiyi kimi nüvə materiallarını, obyektləri və müvafiq fəaliyyəti bəyan etməyib.
Müfəttişlərin nəzərdən keçirdiyi obyektlər arasında Deyr-əz-Zor rayonunda tikilməkdə olan reaktor, nüvə yanacağı istehsal edən müəssisə və onun saxlanılması üçün nəzərdə tutulan digər bir obyekt də olub.
Natiq Səlim,
KONKRET.az
