Suriyada Əsəd tərəfdarları Baş Təhlükəsizlik Xidmətinin 13 əməkdaşını öldürüb.
KONKRET.az xəbər verir ki, bu barədə “Suriya TV” məlumat yayıb.
Məlumata görə, Əsəd tərəfdarlarının Cəblə şəhərində qurduqları pusqudan sonra Latakiyada öldürülən Suriya Baş Təhlükəsizlik Xidmətinin əməkdaşlarının sayı 13-ə çatıb.
Fəallar devrilmiş rejimin qalıqları tərəfindən avtomobillərinin eyni vaxtda pusquya düşməsindən sonra Cəbla şəhərində ictimai təhlükəsizlik əməkdaşlarının cəsədlərinin görüntülərini yayıblar.
Müşviq Tofiqoğlu
KONKRET.az