Əsgərimiz vəfat etdi – Araşdırma aparılır – FOTObackend

Əsgərimiz vəfat etdi - Araşdırma aparılır - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda bu ilin dekabr ayının 15-də ölməsi ilə bağlı araşdırma aparılır.

KONKRET.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılıb, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib.

Faktla bağlı hazırda araşdırma davam etdirilir.

***11:37

Azərbaycan Ordusunun əsgəri dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, 21 yaşlı Cəfərov Əli Vahab oğlunun pnevmoniyadan vəfat etdiyi bildirilir.

Mərhum ötən gün Gəncədə torpağa tapşırılıb. (unikal.az)

Əsgərimiz vəfat edib - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*