Estoniya internetdə Rusiya telekanallarına girişi BLOKLADIbackend

Estoniya internetdə Rusiya telekanallarına girişi BLOKLADI

Estoniya internetdə Rusiya telekanallarına girişi bloklayıb.

KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə günü “Delfi.ee” xəbər portalı məlumat yayıb.

Bildirilir ki, Estoniya tənzimləyicisi internetdə Rusiya telekanallarına baxmaq üçün istifadə oluna bilən portallara girişi bloklayıb.

“İstehlakçıların Hüquqlarının Müdafiəsi və Texniki Nəzarət Departamenti sanksiyaya məruz qalmış Rusiya telekanallarına baxmaq üçün istifadə oluna biləcək 53 domenin bloklanması barədə internet xidmət provayderlərinə məlumat verib”, – deyə məlumatda bildirilir.

Tənzimləyicinin sözlərinə görə, Estoniyanın informasiya məkanını qorumaq üçün sanksiyaların tətbiqi çərçivəsində düşmənçilik təbliğatı olan 195 sayt və 51 telekanala girişi məhdudlaşdırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*