Estoniya rəsmisi: “Rusiya ilə sərhədin bağlanması ehtimalı var”backend

Estoniya rəsmisi: "Rusiya ilə sərhədin bağlanması ehtimalı var"

Estoniya hakimiyyəti Rusiya ilə sərhədin bağlanma ehtimalını etiraf edib.

KONKRET. az xarici mediaya istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Marqus Tsahkna bildirib.

Nazirin sözlərinə görə, “Finlandiyanı dəstəkləmək lazım gələrsə, biz bunu müzakirə edə bilərik”.

Qeyd edək ki, noyabrın əvvəlində Estoniyanın daxili işlər naziri Lauri Lanemets bildirmişdi ki, ölkəsi Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlamağa tələsmir. Çünki Estoniya sərhədində miqrasiya təzyiqi bunu tələb etmir.

İlahə Əhmədova

KONKRET. az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*