Estoniya Rusiya ilə gömrük əməkdaşlığına dair müqaviləni LƏĞV EDƏCƏKbackend

Estoniya Rusiya ilə gömrük əməkdaşlığına dair müqaviləni LƏĞV EDƏCƏK

Estoniya hökuməti Rusiya ilə gömrük sahəsində əməkdaşlıq müqaviləsini ləğv etmək qərarına gəlib.

KONKRET.az “Interfax”a istinadən xəbər verir ki, bu barədə Estoniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda Estoniya və Rusiya hökumətləri arasında gömrük məsələlərində əməkdaşlıq, qarşılıqlı yardım haqqında müddətli saziş mövcuddur.

Qeyd olunub ki, tərəflərdən birinin yazılı bildirişi ilə ona xitam verilə bilər. Bildirişdən sonra saziş daha altı ay qüvvədə qalacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*