Çində daşınmaz əmlak şirkətləri satışı stimullaşdırmaq üçün maraqlı kampaniyalar təşkil edirlər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Nankin şəhərində daşınmaz əmlak şirkəti ev almaq istəyən, lakin nağd pulu olmayan fermerlərə ilkin ödənişi qarpız və şaftalı ilə ödəməyi təklif edib.
Belə ki, təxminən dəyəri 25 min manata olan qarpız ilkin ödəniş kimi qəbul edilir.
Qeyd edək ki, Çində hökumətin sektora tətbiq etdiyi kredit məhdudiyyətləri şirkətlərin işini daha da çətinləşdirib.
Buna görə də bir çox şirkət fermerlər üçün barter sistemli kampaniyalar təşkil edərək həll yolunu tapır. Bundan əvvəl 30 gün davam edən sarımsaq və buğda kampaniyası zamanı 30 ev satılıb.
May ayında ölkədə mənzil satışı əvvəlki illə müqayisədə 31,5 faiz azalıb.
İqbal Rzayev,
KONKRET.az
