Evi olmayanlara ŞAD XƏBƏR – Qaydalar DƏYİŞDİbackend

Evi olmayanlara ŞAD XƏBƏR - Qaydalar DƏYİŞDİ

Ölkə vətəndaşlarının mənzil təminatının və yaşayış şəraitinin yaxşılaşdırılması, habelə əlçatanlığın artırılması məqsədilə yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi istiqaməti üzrə prosedur və qaydalara müvafiq dəyişikliklər edilib.

İpoteka və Kredit Zəmanət Fondundan KONKRET.az-a verilən məlumata görə, dəyişikliklər gəlirlərin qiymətləndirilməsi şərtlərinin daha da yumşaldılmasını, yaşı yuxarı olan ailə üzvü ilə birgə müraciət edən ərizəçi üçün uzun müddətə ödəmə imkanının yaradılmasını, habelə sabit vergi ödəyicilərinin də kirayə mənzil mexanizmindən faydalanmasını nəzərdə tutur.

Dəyişikliklərə görə, artıq kredit tarixçəsinin müsbət qiymətləndirilməsi üçün ərizəçinin “bütün kredit tarixçəsi müddətində 90 gündən çox gecikdirilmiş öhdəliklərinin olmaması” tələb olunmur.

  • YUSIF
    İyul 31, 2022 - 01:39

    Salam ilkin odenis olmadan men eve sahib ola bilerem ayliq odenis edim men 59min kirsye pul vermisem helede kirayede qaliram

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*