Evinə gələn kuryeri sevindirdi – Gündəm oldu+Fotolarbackend

Evinə gələn kuryeri sevindirdi - Gündəm oldu+Fotolar

İspaniya millisinin müdafiəçisi Marc Cucurella növbəti dəfə səmimi davranışı ilə gündəmə gəlib.

KONKRET.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, o, ünvanına çatdırılma edən ingilis kuryer Qarinin xahişini geri çevirməyib.

Belə ki, kuryer onun Dünya Kubokunda qazandığı qızıl medalı yaxından görmək istəyib. Cucurella isə onun bu istəyini geri çevirməyərək medalı kuryerin boynuna taxmasına icazə verib.

Kuryer yaşadığı təəssüratı sosial şəbəkə hesabında bölüşərək futbolçu haqqında bunları yazıb:

“Bu gün məktubları çatdırarkən yerli Dünya Kuboku çempionu Marc Cucurella ilə söhbət etmək şansım oldu. Çox səmimi və təvazökar insandır. Mənə qalibiyyət medalını tutmağa icazə verdi. Düşünürəm ki, son 60 ildə Dünya Kuboku qaliblərinin medalını boynuna taxan ilk ingilis mən oldum”.

Şərhlərdə futbolçunu “əsl centlmen”, “təvazökar insan” və “səmimi futbolçu” adlandırıblar.

 



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*