Evlərini tərk etmək məcburiyyətində qalan uşaqların sayı açıqlandıbackend

Evlərini tərk etmək məcburiyyətində qalan uşaqların sayı açıqlandı

2021-ci ilin sonuna olan məlumata görə, dünyada evlərini tərk etmək məcburiyyətində qalan uşaqların sayı 36,5 milyon nəfərə çatıb, bu da İkinci Dünya Müharibəsindən sonra ən yüksək göstəricidir.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat UNICEF-in press-relizində yer alıb. Təşkilatın hesablamalarına görə, 2021-ci ilin sonuna qədər münaqişə, zorakılıq və digər böhranlar səbəbindən rekord sayda – 36,5 milyon uşaq qaçqın və köçkün vəziyyətinə düşüb.

Onların sırasına xaricdə sığınacaq axtaran 13,7 milyon qaçqın uşaq və evlərini tərk etməyə məcbur olan, lakin öz ölkələrində qalan 22,8 milyon yetkinlik yaşına çatmayan köçkün daxildir. Bununla yanaşı, UNICEF ekspertləri hesablama apararkən təbii fəlakətlər nəticəsində yurdlarını tərk edən uşaqları nəzərə almayıb.

Ümumiyyətlə, son 10 ildə dünyada qaçqın və köçkünlərin sayı iki dəfə artıb ki, onların da yarıdan çoxunu uşaqlar təşkil edir. Həmin uşaqların üçdə biri Afrikanın cənub-şərqində, dörddə biri Avropa və Mərkəzi Asiyada, 13 faizi isə Yaxın Şərqdə və Şimali Afrikada yaşayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*