Eyfel qülləsi olduqca pis vəziyyətdədir və ciddi təmirə ehtiyacı var.
KONKRET.az xəbər verir ki, bu barədə Fransanın “Marianne” jurnalı mənbələrə istinadən yazıb.
Jurnal qüllənin 2010-cu ildən bəri bərbad vəziyyətdə olduğu, dəmirlərin paslandığını, bəzi hissələrdə çatlar olduğunu bildirib.
2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına görə qüllə təmir olunacaq. Bunun üçün 60 milyon avro ayrılıb.
Ancaq adının açıqlanmasını istəməyən ekspertlər nəşrə bildirib ki, bu, kifayət deyil, əsaslı təmir lazımdır.
Mütəxəssislərin fikrincə, qülləni yenidən boyamaq əvəzinə, qüllənin səthini pasdan təmizləmək, bərpa etmək və bundan sonra yenidən rəngləmək lazımdır.
