“Fənərbağça” 18 il sonra ÇL-nın əsas mərhələsindəbackend

“Fənərbağça” 18 il sonra ÇL-nın əsas mərhələsində

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları keçirilib.

KONKRET.az xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu səfərdə Fransanın “Lion” komandası ilə üz-üzə gəlib. İstanbul təmsilçisi matçdan 2:1 hesablı qələbə ilə ayrılıb.

İlk görüşdə 1:1 hesablı heç-heçə edən “Fənərbağça” iki oyunun nəticəsinə əsasən “Lion”u 3:2 hesabı ilə üstələyərək Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib.

Qeyd edək ki, “Fənərbağça” sonuncu dəfə 2008-2009 mövsümündə turnirin qrup mərhələsində mübarizə aparıb.

Gecənin digər qarşılaşmalarında “Vikinq” və AEK də Çempionlar Liqasının liqa mərhələsində iştirak hüququ əldə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*