Fahişəliyə açıq çağırışa görə cərimələr olacaqbackend

Fahişəliyə açıq çağırışa görə cərimələr olacaq

İnternet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə və ya kütləvi nümayiş etdirilməklə fahişəliklə məşğul olmaqla bağlı sövdələşməyə görə cərimələr müəyyənləşir.

KONKRET.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 524.2-ci maddəyə əsasən, internet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə və ya kütləvi nümayiş etdirilməklə fahişəliklə məşğul olmaqla bağlı sövdələşməyə görə beş yüz manat məbləğində cərimə ediləcək.

Qeyd edilib ki, son zamanlarda kütləvi nümayiş etdirilməklə sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışların edilməsi ölkəmizdə geniş müşahidə olunur. Bu proses cəmiyyətə təsir edərək milli-mənəvi dəyərlərimizin deqradasiyasını sürətləndirir, xüsusilə yeniyetmə və gənclərə mənfi təsir göstərərək onların davranış modellərində dəyişiklik yaradır. Mənəvi dəyərlərin qorunmasını təmin etmək, yeniyetmə və gənclərin zərərli informasiyadan müdafiəsini gücləndirmək, internet mühitində məsuliyyət mexanizmlərini dəqiqləşdirmək və mövcud tənzimləməni təkmilləşdirmək üçün yeni qanun layihəsinin hazırlanması zərurəti yaranıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*