Fatih Portakal Fox TV-dən getdi – SƏBƏBbackend

Fatih Portakal Fox TV-dən getdi - SƏBƏB

Məşhur aparıcı Fatih Portakal istefa verib.

“Media Radar”ın yazdığına görə, Portakal Fox TV-nin xəbər koordinatoru Doğan Şentürkə istefa səbəbi olaraq yorulduğunu göstərib.

“Artıq yorulmuşam. Özümü təkrarlamağa başlamışam. Bundan sonra jurnalist kimi işləməyəcəm. Təqaüdə çıxmaq istəyirəm”,- deyə tanınmış aparıcı vurğulayıb.

Fox TV bu həftə ərzində rəsmi açıqlama ilə Fatih Portakalın istefasını ictimaiyyətə açıqlayacaq. Portakalın da da əsas xəbər bülletenində bu barədə açıqlama verəcəyi və vida edəcəyi bildirilib.

Fox TV-nin bu qərardan sonra yeni bir aparıcı ilə razılaşma əldə etdiyi və həmin şəxsin adının həftənin ortalarına qədər açıqlanacağı qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*