Sosial şəbəkələrdə Türkiyədə baş verən zəlzələnin dəhşətlərini əks etdirən yeni foto yayılıb.
KONKRET.az xəbər verir ki, fotoda insanların dağıntılar altından çıxarılan yaxınlarının kəfənə bürünmüş cəsədlərini necə daşınması öz əksini tapıb. Kadrlardan da göründüyü kimi, fəlakətin miqyası o qədər böyükdür ki, zəlzələdən sağ çıxmış sakinlər öz doğmalarını əlacsız şəkildə dəfn edirlər.
Məlumatlara görə, zəlzələ nəticəsində həyatlarını itirənlərin kəfənlənməsi üçün ağ bezlər belə tapılmır.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin 10 vilayətində 7-7,8 bal gücündə dağıdıcı zəlzələ baş verib. Son informasiyalara görə, təbii fəlakətdən ölənlərin sayı 13 minə çatıb. Fəlakət nəticəsində 63 mindən çox insan xəsarət alıb.

Sevinc Paşayeva,
KONKRET.az
