Mahmud Abbas hökumətin istefasını qəbul etdi – YENİLƏNİBbackend

Mahmud Abbas hökumətin istefasını qəbul etdi - YENİLƏNİB

Fələstin Prezidenti Mahmud Abbas Məhəmməd Ştayyenin başçılıq etdiyi hökumətin istefasını qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.

Prezident bununla bağlı müvafiq sərəncam imzalayıb.

Ştayye və onun rəhbərlik etdiyi kabinet yeni hökumətin tərkibi təsdiqlənənə qədər öz vəzifələrini icra etməyə davam edəcək.

12:46

Fələstin Baş naziri hökumətin istefasını Prezident Mahmud Abbasa təqdim edib.

KONKRET.az WAFA agentliyinə istinadən xəbər verir ki, bu barədə Baş nazir Mohammed Ştayyeh mətbuat konfransında bildirib.

Hakim Fəth partiyasının mərkəzi komitəsinin üzvü olan Mohammed Ştayyeh 2019-cu ildən Fələstinin Baş naziridir.APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*