“Fənərbağça” “Yuventus”un sabiq hücumçusunu transfer etdibackend

"Fənərbağça" "Yuventus"un sabiq hücumçusunu transfer etdi

“Fənərbaxça” yeni transferini açıqlayıb.

KONKRET.az klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi “Kasımpaşa”nın hücumçusu Mame Tiamı transfer edib. 27 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.

Seneqallı futbolçu ötən mövsüm keçirdiyi 28 oyunda 12 qol vurub, 5 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Mame Baba Tiam 2014 – 2017-ci illərdə müqavilə ilə “Yuventus”da çıxış edib. Afrikalı əsas komandada debüt edə bilməyib və müxtəlif klublara icarəyə verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*