Aktyor Fərda Xudaverdiyev instaqramda “18+” başlıqlı videosu ilə çoxlarını trollayıb.
KONKRET.az Publika.az-a istinadən xəbər verir ki, aktyor bu cür videoların yayılmasına etiraz əlaməti olaraq belə bir başlıq yazmağa qərar verdiyini deyib:
“Nə görmək istəyirsiniz? Niyə Azərbaycanın gündəlik həyatını, mədəniyyətini əks etdirən xəbərlərə baxış sayı sıfırdır? “18+” baxışların arxasınca niyə bu qədər düşmüsünüz? Biz bizdən nə vaxt çıxdıq? Yeniyetmələr, hara gedirsiniz?”.
