Fermerlər daha bir ölkədə üsyana qalxdı – Avropa çalxalanırbackend

Fermerlər daha bir ölkədə üsyana qalxdı – Avropa çalxalanır

İspaniyada fermerlər bütün ölkəboyu etiraz aksiyalarına start veriblər.

KONKRET.az xəbər verir ki, Avropanın bir çox ölkəsində davam edən etirazlara qatılan ispan fermerlər traktorları ilə yolları bağlayıblar.

Fermerlər İspaniyanın Sevilya, Toledo, Qranada, Huelva, Saraqosa, Syudad Real, Valensiya, Malaga, Mursiya, Tarraqona, Lleyda və Madrid kimi bir çox şəhərlərində magistral yollara çıxıb, traktorları ilə nəqliyyatın hərəkətini ləngidib və yolları bağlayıblar.

Sosial media qruplarında mesajlaşma yolu ilə təşkil edilən aksiyalar həm Avropa İttifaqının (AB), həm də İspaniya hökumətinin kənd təsərrüfatı siyasətinə etirazlarını bildiriblər. Fermerlərin etiraz aksiyaları dinc xarakter daşısa da, magistrallarda nəqliyyatın hərəkətinin dayandırıldığı müşahidə edilib.

Kənd təsərrüfatı sektoru işçilərinin bağlı olduğu həmkarlar ittifaqları tərəfindən verilən açıqlamalarda etirazların tələbləri aşağıdakı kimi göstərilib:

“AB-nin kənd təsərrüfatı siyasətlərində çeviklik, Aİ üzvü olmayan ölkələrdən gələn məhsullara məhdudiyyətlər və sərt nəzarət, quraqlıq probleminə qarşı yardımın artırılması, qida zəncirinə nəzarətin və tarlalardan bazarlara qədər qanunların gücləndirilməsi, fermerlərin sığorta hüquqlarının genişləndirilməsi”.

Avropada ilk olaraq Fransada başlayan, daha sonra Almaniya, Belçika, İtaliya, Polşa, Rumıniya, Portuqaliya və Yunanıstan kimi digər ölkələrə yayılan fermerlərin etirazları bu həftədən etibarən İspaniyada daha da şiddətlənib.

Fermer həmkarlar ittifaqları hər gün müxtəlif şəhərlərdə hərəkətə keçəcəklərini açıqlasa da, ən böyük nümayişlərin fevralın 13-də Kataloniya bölgəsində, 21-də isə paytaxt Madriddə keçirilməsi planlaşdırılır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*