Lukaşenkodan sensasion proqnoz: “Ukrayna və İrandakı müharibələr…”backend

Lukaşenkodan sensasion proqnoz: "Ukrayna və İrandakı müharibələr..."

Belarus Prezidenti Aleksandr Lukaşenko qlobal müstəvidə davam edən iki böyük hərbi münaqişənin yaxın aylarda tamamilə yekunlaşacağını iddia edib. O, həm Ukraynadakı, həm də Yaxın Şərqdəki eskalasiyanın dayandırılması üçün tarixi imkanların yarandığını bəyan edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Belarus lideri bu barədə “Al Arabiya” telekanalına verdiyi geniş müsahibəsində danışıb. Lukaşenko hər iki böhranın həllinin bir neçə şəxsdən asılı olduğunu vurğulayıb: “Heç vaxt olmadığı qədər bu müharibələri dayandırmaq imkanımız var. Hər şey sözün əsl mənasında bir neçə insanın istəyindən asılıdır. Əgər belə bir istək olarsa, bu müharibələri mütləq bu il bitirmək mümkündür. Hətta Rusiya və Ukrayna münaqişəsini də bu il başa çatdırmaq olar”.

İsrail və İran arasında Fars körfəzində pik həddə çatan hərbi qarşıdurmaya da toxunan Lukaşenko, Yaxın Şərqdə sülhün daha tez bərqərar olacağına əminliyini ifadə edib: “Orada müharibəni dayandırmaqdan başqa variant yoxdur. Və o, bu il dayandırılacaq. Ümid edirəm ki, hətta yaxın vaxtlarda bu baş verəcək”.

Bununla belə, Belarus prezidenti Ukrayna ətrafındakı vəziyyətin geosiyasi baxımdan daha qəliz və dərin olduğunu qeyd edib. O, İrandakı böhranla müqayisədə Ukrayna cəbhəsindəki düyünün daha mürəkkəb xarakter daşıdığını etiraf edib. Müsahibəsinin sonunda Lukaşenko hər iki münaqişənin ilin sonuna qədər mütləq şəkildə dayandırılacağına dair şəxsi əminliyini bir daha diqqətə çatdırıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*